“Matçın əhəmiyyətini və bizi ağır oyun gözlədiyini bilirdik. Ümumi götürəndə komandanın çıxışından razı qaldım".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 19-cu turunda evdə "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, qolsuz başa çatan matçı belə şərh edib: "İstədiklərimi meydanda gördüm. Komanda daim hücumda olmağa çalışırdı. Çoxsaylı qol imkanları yaratdıq, lakin dəyərləndirə bilmədik. Bir xal da hər iki komandanı razı sala bilər. Komandaların iki gün oynamasına baxmayaraq, matç dinamik keçdi. Bu dinamika gələcəyi ümidlə baxmağa imkan yaradır”.

