Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.
Öncə liderin ən yaxın izləyiciləri “Qəbələ” və “Zirə” ikincilik uğrunda mübarizə aparacaq.
Meydan sahibləri ikinci sıranı qaytarmaq üçün qalib gəlməyə, bakılılar isə xal qazanmağa çalışacaq.
Təbii ki, ötən tur «Qarabağ»a 1:5 hesablı ağır məğlubiyyət «Qəbələ»nin ab-havasına mənfi təsir etməmiş deyil. Bu, qarşıdakı matçda komandanın nəticələrinə də sirayət edə bilərmi?
Yarımmüdafiəçi Rövlan Muradovu dinləyək:
"Buna inanmıram. Çünki bizim möhkəm kollektivimiz var. Məğlubiyyəti unudub, qarşıdakı matçlarda yaxşı nəticələr əldə etməyə çalışacağıq.
"Zirə"nin gücünü bilirik. Onlar da bizim kimi avrokuboklara iddialıdır. Qazanmaq üçün bütün gücümüzü meydanda qoyacağıq".
XANOĞLAN / SPORTİNFO.AZ

