“Qəbələ” yayda müqaviləsi bitəcək yerli futbolçuları və legionerləri müjdələyib.
Bu barədə klubdan Sportinfo.az-a yeni məlumat daxil olub.
Redaksiyamıza verilən informasıyaya görə, komanda üzvləriylə görüşən rəhbərlik onları gələn mövsüma aid planları ilə tanış edib.
Bildirilib ki, hazırda düşərgədə yer alan oyunçuların hamısının burada saxlanılması nəzərdə tutulub. Bunun üçün avrokuboklara vəsiqə qazanılması yeganə şərtdir.
Kollektivə elan olunub ki, qarşıya qoyulan vəzifə yerinə yetirilərsə, UEFA-dan gələcək vəsait əsasən maaşların artırılmasına sərf ediləcək.
SPORTİNFO.AZ

