Zədəli futbolçuların çoxluğundan əziyyət çəkən ’“Qəbələ” daha bir problemlə üzləşib.
Premyer Liqanın XVIII turunda “Qarabağ”la (1:5) keçirilən qarşılaşmanın 9-cu dəqiqəsində zədələnərək əvəzlənən Omar Hani sıradan çıxıb.
Bu barədə Sportinfo.az-a klubun baş meneceri Nail Kərimov məlumat verib. Onun sözlərinə görə, MRT-dən keçən 23 yaşlı yarımmüdafiəçi minimum 2 həftə yaşıl sahələrdən kənarda qalacaq.
İordaniyalı pleymeker martın son ongünlüyünə kimi həkim nəzarəıtində qalaraq, ayağında yaranan zədəni müalicə etdirəcək.

