“Qəbələ”nin yeni baş meneceri: “Belə şeylərə həmişə hazır olmaq lazımdır”

11 Mart 2022 09:40 Qəbələ 821
“Qəbələ”nin yeni baş meneceri: “Belə şeylərə həmişə hazır olmaq lazımdır”

“Yeni ilin başlanğıcına təsadüf edən ikinci dövrə, adətən, çətin olur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov deyib.

Ötən ilin dekabrında görəvə gələn funksioner komandanın yeni ildəki çıxışına münasibət bildirib.

O, Premyer Liqanın ötən turunda “Qarabağ”a 1:5 hesablı məğlubiyyəti artıq unutduqlarını söyləyib:

“Aylar üzrə bölsək, fevraldan normal çıxdıq. Bir məğlubiyyətimiz, iki qələbəmiz oldu, kubokda mərhələ adladıq, bununla da, minimum öhdəliyi yerinə yetirə bildik.

Qarşımıza hədəf qoymuşduq ki, fevral ayında xal ehtiyatımızı maksimum yüksək tutaq. Çünki martda bizi bir-birindən çətin oyunların gözlədiyini bilirdik.

“Qarabağ”la oyuna kimi pis təsir bağışlamadıq. “Qarabağ”ın hazırkı səviyyəsi hamıya məlumdur. Təzyiq qarşısında tab gətirə bilmədik.

Belə şeylərə həmişə hazır olmaq lazımdır. Futbolda həmişə qələbə qazanmaq mümkün deyil.

Əsas odur ki, komandamız “Qarabağ”a məğlubiyyəti tamamən yaddan çıxarıb. “Sabah”la oyunda da uduzmuşduq, ancaq tez toparlandıq və növbəti qarşılaşmaları yaxşı səviyyədə keçirdik.

Indi də hədəf budur: martda daha iki oyuuumuz var və mümkün qədər çox xal toplamaq istəyirik. Mövsümün əvvəlindən məqsədimiz birdir – hər oyunu qələbə ilə başa vurmaq.

Bütün tsikllər bunun üzərindən hesablanır. “Qarabağ”la oyundan sonra yalnız ona çalışırıq ki, komandam gələn tura kökləyək və “Zirə” üzərində qələbə qazanaq.

Xoş hal budur ki, Ürfan Abbasovun hazırkı vəziyyəti ona oynamağa imkan verir. Onun dönüşü komanda üçün hərtərəfli vacib idi.

Həm meydandakı çıxışı, həm də vitse-kapitan kimi rolu danılmazdır. Ürfanın zədədən sonra göstərdiyi məsuliyyət və çalışqanlıq bütün gənclərə nümunədir.

Bütün həkimlər əməliyyat olunmasını ehtimal edirdi. Amma həm özü, həm də klubumuzun tibbi personalı mümkün olandan da artığını elədi və Ürfan sıraya qayıda bildi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti