"Qarabağ"a qarşı ilk hissə yaxşı oynadıq, amma ikinci yarıda boşluqlar verdik və məğlub olduq. Rəqib səhvlərdən maksimum yararlandı".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"a məğlubiyyəti (1-5) şərh edən "Qəbələ"nin yarımmüdafiəçisi Rövlan Muradov deyib.
O, ikinci hissə komandasının zəif çıxışını və verilən boşluqları rəqibin gücü ilə əlaqələndirib:
"Fərqli hissələrin səbəbini "Qarabağ"ın gücünə bağlayardım. İkinci hissə təzyiqi artırdılar.
Bilirsiz ki, rəqib neçə illərin oturuşmuş komandasıdır. Birinci hissə başa-baş mübarizə apardıq. İmkanlarımız da oldu.
Düşünürəm ki, cərimə zərbəsindən tirə vurduğum top qol olsaydı, oyun başqa məcraya keçərdi.
XANOĞLAN

