Finala vəsiqə üçün "Qarabağ"a qarşı sona qədər vuruşacağıq"

9 Mart 2022 01:50 Qəbələ 4 412
Finala vəsiqə üçün "Qarabağ"a qarşı sona qədər vuruşacağıq"

"Sevinirəm ki, yarımfinala vəsiqə qazana bildik. Bunu kollektiv kimi etdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin vingeri İsnik Alimi deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la həm səfər, (1:0, 1:1) həm də ev matçında komandasının qollarını vuran şimali makedoniyalı fərqli mövqelərdə oynamasına da aydınlıq gətirib:

"Təbii ki, məcburiyyətdən bəzən mərkəz müdafiəçisi kimi oynayırdım. Amma yenidən öz mövqeyimə qayıtdım. Əsl mövqeyim elə orta sahədi. Öz mövqeyimə qayıtdığıma görə şadam".

"Qəbələ" finala vəsiqə qazanmaq üçün "Qarabağ" səddini keçməlidi. Alimi, yarımfinalda qarşılaşacaqları rəqib barədə bu cür danışıb:"Qarabağ" güclü komandadı.

Biz onlara hörmətlə yanaşırıq. Buna baxmayaraq, öz oyunumuzu oynamağa çalışacağıq. Finala vəsiqə qazanmaq üçün "Qarabağ"a qarşı sona qədər vuruşacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti