Avropa klubu öz legionerini “Qəbələ”yə icarəyə verdi

30 Dekabr 2021 14:40 Qəbələ 1 159
Avropa klubu öz legionerini “Qəbələ”yə icarəyə verdi

"Qəbələ" ilk transferini gerçəkləşdirib.

Sportinfo.az-ın günlər öncə xəbər verdiyi kimi, əyalət təmsilçisi "Admira Vakker"in hücumameylli yarımmüdafiəçisi Patrik Robson de Souza Monteyro ilə anlaşıb (https://www.sportinfo.az/idman_xeberleri/qebele/129874.html).

“Qırmızı-qaralar” braziliyalı legioneri Avstriya klubundan 6 aylıq icarəyə götürüb. 23 yaşlı “sambaçı” yanvarın 5-də komandaya qoşulacaq.

Patrik Robson de Souza Monteyro cari mövsüm hazırkı klubunda cəmi 2 oyun keçirib və qol vura bilməyib. O, daha əvvəl Avstriyada - "Horn"da çıxış edib və 30 matçda 6 dəfə fərqlənib.

Daha əvvəl “America RJ” “Bonsucesso” və “Friburquense”də forma geyinib.

Cənubi amerikalı ”Qəbələ”dən 5000 dollar əməkhaqqı alacaq. Onun məvacininin qalan hissəsini müqavilə ilə məxsus olduğu “Admira Vakker” ödəyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti