Avrokuboklar uğrunda mübarizə aparan “Qəbələ” yeni transfer əməliyyatına başlayıb.
Əyalət təmsilçisinin xidmətində maraqlı olduğu iki legionerdən birinin adı redaksiyamıza məlumdur.
Elmar Baxşıyevin dəvət göndərdiyi braziliyalı Patrik Robson de Souza Monteyrodur. 23 yaşlı hücumameyyli yarımmüdafiəçi mövsümün geridə qalan hissəsini “Admira Vakker”də keçirib.
Cənubi amerikalı Avstriya klubunda cəmi 2 oyuna çıxıb və buradan ayrılmaq fikrindədir. Qısaca adı Patrik Alfinete olan “sambaçı” daha əvvəl “America RJ” “Bonsucesso” və “Friburquense”də forma geyinib.
O, “Admira Vakker”ə bu ilin yayında Avstriyanın başqa bir komandasından - “SV Horn”dan keçib. Öncəki klubunda 30 oyuna 6 dəfə fərqləndiyini bildirək.
SPORTİNFO.AZ

