Sürpriz komandanın baş məşqçisindən sürpriz təklif – “Pulu ora xərcləməkdənsə ...”

24 Noyabr 2021 21:00 Qəbələ 1 228
Sürpriz komandanın baş məşqçisindən sürpriz təklif – “Pulu ora xərcləməkdənsə ...”

“Qış toplanışını harda keçəcəyimizlə bağlı məlumat yoxdur. Açığı, rəhbərliklə hələ bu barədə söhbətimiz olmayıb”.

Cari mövsümdə sərgilədiyi futbol və əldə etdiyi nəticələrlə futbol ictimaiyyətini sözün yaxşı mənasında təəccübləndirən “Qəbələ”nin yanvar toplanışını ölkə daxilində, yoxsa xaricdə keçəcəyi bilinmir.

Bu barədə məlumatı Sportinfo.az-a açıqlamasında komandanın baş məşqçisi Elmar Baxşıyev verib.

41 yaşlı mütəxəssis “Bəs, sizin bu mənada fikriniz necədi? Azərbaycanda hazırlaşmaq istəyirsiz, yoxsa qonşu ölkələrdən birinə getmək?” sualına maraqlı cavab verib:

“Əsas istəyimiz hazırlığa maliyyə ayrılmasıdır. Belə bir imkan olsa, düzü, həmin pulun komandaya futbolçu cəlb olunmasına xərclənməsini istəyərəm.

Xaricə gedib-gəlmək, məskunlaşmaq, qidalanmaq – xeyli vəsait tələb edir. O pula futbolçu cəlb etmək mümkündür”.

Elmar bəy təklifini bu cür əsaslandırıb: “Yadınızdadırsa, yayda bütün komandalar ölkəni tərk etməyə imkan tapmışdı.

Bircə “Qəbələ”dən başqa. Bakıda məskunlaşdıq, hazırlıq keçdik, yoldaşlıq oyunlarına çıxdıq. Fikrimcə, pil alınmadı.

Bu dəfə də ölkə daxilində hazırlaşıb, oyunlar keçirmək olar. Dediyim kimi, həmin pulu komandanın güclənməsinə sərf etmək daha yaxşı olar. Çünki bu dəqiqə bizim güclənməyə ehtiyacımız var”.

“Qəbələ” 11 turdan sonra topladığı 21 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti