"Qəbələ"nin sirrinə Baxşıyevdən REAKSİYA - "Bəzən alınır, bəzən..."

17 Noyabr 2021 20:40 Qəbələ 511
"Qəbələ"nin sirrinə Baxşıyevdən REAKSİYA - "Bəzən alınır, bəzən..."

"Qəbələ" hazırda ötən mövsümlə müqayisədə kifayət qədər yüksək nəticə göstərməkdədir.

Bundan komandanın hücum xəttinin böyük rolu var.

Əslində Elmar Baxşıyevin yetirmələri ötən mövsumdə də hazırkı kimi baxımlı futbol sərgiləyirdilər.

Sadəcə, ələ düşən imkanlar sağa-sola xərclənirdi. Ki, sonda da bu komandanın nəticələrin pis olmasına gətirib çıxardı.

Amma hazırkı mövsüm hər şey tam fərqlidir. Kollektiv qol imkanlarını yetəri qədər qiymətləndirməyi bacarır. Hazırda bölgə klubunun aktivində 18 qol var. Bu isə "Qarabağ"dan sonra ikinci ən yüksək göstəricidir.

Halbuki ötən mövsümün sonunda komanda cəmi 23 qol vurmağı bacarmışdı. Görəsən, belə sıçrayışın səbəbi nədədir? Gənc mütəxəssis komandada nələri dəyişib?

Mövzu ilə bağlı Sportinfo.az-a danışan Baxşıyev ən ciddi səbəb kimi bəxt amilini qabardıb:

"Açığı, statistikaya ciddi önəm vermirik. Amma inandırım ki, ötən mövsüm daha çox qol epizodları yaradır, sadəcə, yararlana bilmirdik.

Bu il isə bir az fərqlidir. Futbolda normaldı belə şeylər. Bəzən alınır, bəzən yox. Heyət dəyişikliyinin buna səbəb olduğunu da düşünmürəm.

Onda da Ceyms Adeniyi və Nikolas Raysel kimi keyfiyyəti yüksək oyunçularımız vardı. Bunu daha çox şansla əlaqləndirərdim. O qədər epiozdu dəyərləndirə bilməməyin tək adı şanssızlıq idi".

Digər Xəbərlər
Xəbər Lenti