"Qəbələ"nin legioneri ilə bağlı İKİ AYLIQ həsrəti başa çatdı

16 Noyabr 2021 19:40 Qəbələ 952
"Qəbələ"nin legioneri ilə bağlı İKİ AYLIQ həsrəti başa çatdı

"Qəbələ"nin üzvü Yaovi Akakponun "əməliyyat düyünü" nəhayət başa çatıb.

İki ay əvvəl zədələnən legioner futbolçu, nəhayət, bu gün və ya sabah Türkiyədə əməliyyat olunacaq.

Toqolu futbolçu artıq dünəndən qardaş ölkədədir.

Əslində Akakponun əməliyyatı həftələr əvvəl baş tutmalıydı. Amma yaranan müxtəlif problemlər bunun bir aydan da çox gecikməsinə gətirib çıxardı.

21 yaşlı yarımmüdafiəçi "Səbail"ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IV tur oyununda ciddi xəsarət almışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti