"Stress yaşayırıq, etirazlarımız normal qarşılanmalıdır" - FOTOLAR

8 Noyabr 2021 09:00 Qəbələ 342
"Stress yaşayırıq, etirazlarımız normal qarşılanmalıdır" - FOTOLAR

“Qəbələ” Premyer Liqanın X turunda - milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsində baş tutan “Zəfər turu”nda “Səbail”lə qarşılaşıb.

“Qırmızı-qaralar” matça ötən turla müqayisədə üç dəyişikliklə başlayıb.

Ülvi İsgəndərov, Məqsəd İsayev və Stefan Vukçeviç start “11-liy”ində yer alıb. Onlar Rafael Utziq, Fernan Lopes və Hüseyn Mürsəlovu əvəzləyiblər.

Görüşə meydan sahibləri daha fəal başlayıblar. Lakin rəqibin təşəbbüsü tamamilə ələ almasına imkan verməyən “Qəbələ” də təhlükəli hücumlar təşkil edib.

Belə həmlələrin biri Asif Məmmədovun yaddaqalan zərbəsi ilə başa çatıb. İlk yarının ortalarında üstünlüyə yiyələnən “qırmızı-qaralar” rəqib qapısı önündə daha çox gərginlik yaratsa da, hesab açılmayıb.

Birinci hissə Urfan Abbasovun zədələndiyi üçün əvəzlənməsi ilə diqqət çəkib. Onu gənc Hüseyn Mürsəlov əvəz edib.

Fasilədən sonra Elmar Baxşıyevin yetirmələri fəallığı daha da artırıblar. Hissənin əvvəlində Rövlan Muradovun bir neçə zərbəsi təhlükəli alınıb. “Səbail”in futbolçusu Yurgen Qoxanın qırmızı vərəqə almasından sonra “Qəbələ” üstünlüyünü daha da artırıb.

Ardıcıl hücumların biri Ülvi İsgəndərovun qüvvətli, amma qeyri-dəqiq zərbəsi ilə başa çatıb. Qələbə qolunu vurmaq üçün böyük qüvvə ilə irəli atılan “qırmızı-qaralar”ın heyətində Ruan Renato, İsnik Alimi və Stefan Vukçeviç də qapını dəqiq nişan almağa cəhd edib.

Meydan sahibləri sürətli əks-hücumlar qursa da, komandamız rəqib həmlələrinin qarşısını uğurla alıb. Görüşün sonunadək hücumlarını davam etdirən “qırmızı-qaralar” rəqibin müqavimətini hakimin final fitinə 2 dəqiqə qalmış qıra bilib.

Meydana sonradan daxil olan Emil Səfərov yaxın məsafədən qarşısıalınmaz zərbə endirib. Uzatma dəqiqələrində Məqsəd İsayev fərqi iki topa çatdırıb. Hər iki futbolçu “qırmızı-qaralar”ın heyətində ilk qola imza atıb.

Beləliklə, “Qəbələ” paytaxt səfərindən 2:0 hesablı qələbə ilə ayrılıb. Komandamızın bunun sayəsində xal hesabını 18-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Bizi ağır oyun gözlədiyini bilirdik. “Səbail” öz meydanında məzmunlu futbol göstərən əzmkar komandadır.

Futbolçuları ağır matça hazırlamışdıq. Onlar xarakter göstərdilər və layiqli qələbə qazandılar. Ötən il burada oynayandan sonra 2-3 futbolçumuzla bağlı sıxıntı yaşamışdıq.

Lakin getdikcə meydanın vəziyyəti daha da bərbad duruma çatıb. Belə meydanda futbol oynamaq risklidir. “Səbail”in futbolçuları burada məşq etdikləri üçün qəhrəmandırlar.

Burada oynamağa icazə verilirsə, Qəbələdə qar yağanda ev görüşlərini Hacıalıdakı meydanda keçirə biləcəyimizi düşünürəm. Hər rəqib çıxacaq və zədələnəcək, hər şey olacaq.

Daha yaxşı olar ki, futbolçuları da düşünək. Kənardan hər şey yaxşı görünə bilər, amma əziyyət çəkən oyunçulardır. Emil Səfərov bir ildir bizimlədir.

Gənc oyunçu hazır olsa da, yeri qazanmalıdır ki, daim meydana çıxsın. Emil yaydan sonra bizə yaxşı siqnallar verirdi.

Gələcəkdə Azərbaycan futboluna onun timsalında yaxşı futbolçu bəxş edə bilərik. Qarşılaşmanın gedişində stress yaşayırıq. Etirazlarımız normal qarşılanmalıdır. Hakim ümumilikdə matçı normal idarə etdi”

“Səbail”

25. Elxan Əhmədov

17. Elçin Rəhimli

14. Rahid Əmirquliyev (k)

(8. Elşən Abdullayev, 90+1)

3. Turan Manafov

5. Adil Nağıyev

7. Mirsayib Abbasov

21. Məhəmməd Mirzəbəyov

(11. Rauf Əliyev, 61)

33. Domantas Şimkus

34. Yurqen Qoxa

30. Camal Araqo

99. Vidadi Cəfərov

(2. Elton Əlibəyli, 61)

Ehtiyat oyunçular:

31. Nail Alışov

22. Əfran İsmayılov

10. Cavid Tağıyev

20. Orxan Fərəcov

24. Elvin Sərkarov

72. Aydın Ağazadə

38. Zeynəddin Abdurahmanov

Məşqçi: Vüqar Məmməd

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(9. Fernan Lopes, 71)

11. Asif Məmmədov (k)

28. Murad Musayev

14. Ülvi İsgəndərov

(77. Emil Səfərov, 80)

27. Məqsəd İsayev

34. Urfan Abbasov

(33. Hüseyn Mürsəlov, 37)

8. Stefan Vukçeviç

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

Ehtiyat oyunçular:

36. Elməddin Sultanov

6. Kamal Mirzəyev

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı