"Qəbələ" Yaovi Akakponun hansı ölkədə əməliyyat olunması ilə bağlı qərarın verib.
Belə ki, zədəli yarımmüdafiəçinin əməliyyatı Türkiyədə baş tutacaq.
Düzdü, daha öncə Kiyev variantı vardı. Hətta rəsmilər Toqolu futbolçunun Ukraynaya getməsi üçün səfirliyə viza ilə bağlı müraciət də ünvanlamışdı. Amma sənədlərdə yaranan problem əcnəbi oyunçunun önünə səd çəkmiş oldu.
Bölgə klubu məhz bundan sonra məcbur olub Türkiyə variantını seçməli olub. Yaxın 10 gündə legionerin qonşu ölkəyə getməsi gözlənilir.
21 yaşlı yarımmüdafiəçi "Səbail" qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IV tur oyununda ciddi xəsarət almış və 50-ci dəqiqədə iordaniyalı Omar Hani əvəzləmişdi.
SPORTİNFO.AZ

