Rüfət Əhmədov və Yaovi Akakponun ardınca "Qəbələ"nin daha bir futbolçusu sıradan çıxıb.
Belə ki, komandanın Kamerunlu qapıçısı Kristof Atanqana Assimba dizindəki meniskidən əməliyyat olunub. Əcnəbi qolkiperin əməliyyatı bu gün Bakıda baş tutub.
Onun ən azı 2 həftə komandanın hazırlığından uzaq qalacağı dəqiqdir.
Bu yay bölgə klubuna İspaniya "Atletik"dən transfer edilən çərçivə qoruyucusu ölkəmizdə hələ də debüt etməyib.
O, Premyer Liqamızın arxadan qalan 9 matçının hamısını ehtiyat skamiyada keçirib
SPORTİNFO.AZ

