“Mən bu legionerlərin heç birini tanımıram”

4 Noyabr 2021 20:20 Qəbələ 934
“Mən bu legionerlərin heç birini tanımıram”

“Hazırda heç bir futbolçu ilə danışıqlar aparmırıq.

Düzdür, mətbuatda bir neçə legionerin adı hallanır, amma mən onları tanımadığımı deməliyəm”.

Bu sözləri Sportinfo.az-a açıq lamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov söyləyib.

Son günlər yayılan xəbərlərə görə, əyalət klubu heyətini bir qədər də gücləndirmək niyyətindədir. Bildirilir ki, “qırmızı-qaralar” hücum xəttinə yeni legioner cəlb etməyi planlaşdırır.

Baş məşqçi Elmar Baxşıyevin siyahısında adı olan futbolçulardan biri “Partizani”nin forvardı Lukas Kardosodur.

Bölgə təmsilçisi Albaniya klubunun braziliyalı hücumçusu ilə danışıqlara artıq start verib. Kardoso “Partizani” üçün heç də əvəzedilməz oyunçu sayılmır.

Bu səbəbdən razılıq əldə olunarsa, albanlar onun karyerasını ölkəmizdə davam etdirməsinə mane olmaz.

2018-ci ildən müqavilə ilə “Partizani”yə məxsus olan Lukas Kardoso ötən iki ili icarə əsasında müvafiq olaraq “Drita” və “Besa”da keçirib.

O, cari mövsüm Tirana təmsilçisinin heyətində keçirdiyi 9 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib. Hücumun bütün xətlərində oynamağı bacaran forvardın əsas mövqeyi sol cinah vingerdir.

Z.Əzİzov transfer bazarında vəziyyətə uyğun davranacaqlarını bildirib: “Qışa qədər gözləmək məcburiyyətindəyik. Onadək bu heyətlə kifayətlənməliyik.

Yeni planlar haqda danışmaq hələ tezdir. Təbii, başa düşürük ki, hər fasilə dönəmində komandanın güclənməyə ehtiyacı var.

Həmin klubun iddiasından və mövqeyindən asılı olmayaraq. Imkan varsa, bundan yararlanmaq lazımdır.

Biz də vəziyyətə baxıb ona uyğun addım atacağıq. Komandamızdaa başqa ciddi problem görünmür. Əsas çatışmazlıq itkilər və zədələrlə bağlıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti