"Qəbələ"nin gənc Afrikalıları nə vəd edir? - AÇIQLAMA

3 Noyabr 2021 23:00 Qəbələ 1 140
"Qəbələ"nin gənc Afrikalıları nə vəd edir? - AÇIQLAMA

Bir müddət əvvəl “Qəbələ”nin heyətinə 2 afrikalı futbolçu cəlb etdiyini xəbər vermişdik.

Belə ki, “qırmızı-qaralar” Çiçin Akande və Munaçi Okvaranı heyətinə cəlb edərək "Qəbələ-2"nin hazırlığına qatmışdı.

Yarımmüdafiə xəttində çıxış edən adıçəkilən oyunçulardan Akandenin 18, Okvaranın isə 20 yaşı var. Hər iki futbolçu “Qəbələ”nin əvəzedici heyətində I divizion bir çox qarşılaşmalarında da şans qazanıblar. Bölgə klubunda tezliklə həmin əcnəbilərin əsas komandaya qatıla biləcəklərinə böyük ümid var.

Görəsən, həqiqətən də Akande və Okvaranın buna potensialı varmı?

Sportinfo.az-ın sorğusuna cavab olaraq əvəzedici komandanın çalışdırıcsı Famil Xəlilov bu fikirləri bildirib: "Akande artıq 2-3 həftə olar əsas komanda ilə məşqlərə qoşulub. Sadəcə "Qəbələ-2"nin oyunları olanda bizə qoşulur. Amma Okvara 2003 təvəllüd olduğu üçün hələ bizimlə məşqlərini davam etdirir. Təcrübə yığmasına ehtiyac var. Hər ikisi perespektivli futbolçulardı. Gözləntilərimiz böyükdür. İnanıram ki, oyun təcrübələrin bir qədər də artırsalar müəyyən müddətdən sonra hər iki oyunçunu da əsas komandamızda təqdim eləmək olar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti