"Komanda şəklində oyunumuz alınmadı".
Bunu Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin üzvü Urfan Abbasov deyib.
Cinah müdafiəçisi son turda "Sabah"a məğlubiyyəti (1:3) belə şərh edib:
"Bəlkə də matça tam köklənə bilməmişdik. Öz fərdi səhvlərimizdən qollar buraxdıq. Futbolda belə nəticələr normaldıt. Qarşıdakı qarşılaşmalara hazırlaşmaq lazımdır".
Abbasov məğlubiyyətdə əsas heyət oyunçuların yoxluğunun da az rol oynamadığını düşünür:
"Zədəlilərlə bərabər, Məqsəd İsayev və Stefan Vukçeviçin olmaması da məğlubiyyətə səbəb ola bilər. Amma açığı, oyunumuz ürəyimizcə olmadı.
Düzdür, ilk və son 15 dəqiqədə nisbətən oyunumuz alındı. Təəssüf... Başlanğıcda olan fürsətləri dəyərləndirə bilsək, hər şey başqa ola bilərdi".
O, istənilən halda məğlubiyyəti unudub, qarşıdakı matçlara köklənməli olduqlarını düşünür:
"Çalışacağıq ki, komanda şəkilində "Səbail"lə oyuna hazır olaq. Baş məşqçimiz lazım olan tapşırıqlarını verəcək. Səhvlərimizi azaldıb, istədiyimiz oyunu oynamağa çalışacağıq".

