“Komandanı belə çox silkələməyə ehtiyac yoxdur”

2 Noyabr 2021 20:40 Qəbələ 882
“Komandanı belə çox silkələməyə ehtiyac yoxdur”

“Komandanı belə çox silkələməyə ehtiyac yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

Bölgə klubunun təmsilçisi Premyer Liqanın ötən turunda “Sabah”a evdə 1:3 hesablı məğlubiyyəti nəzərdə tutaraq, bunun heyətdəki problemlərdən irəli gəldiyini bildirib.

Onun fikrincə, turnir cədvəlinin liderlər qrupunda yer alan komandanın yeganə çatışmazlığı ehtiyat skamyanın qısa olmasındadır:

“Hər bir futbolçu öz məsuliyyətini dərk edir və bütün oyunlarda maksimum güc qoyurlar. Biz də başa düşürük ki, hər oyunda istənilən nəticəni qazanmaq olmur.

Onsiz da, hamı heyətdəki çatışmazlıqları görür. Komandada kifəyət qədər əksikliklər var.

Ehtiyat qüvvə çox azdır, əksər hallarda oyuna müdaxilə etmək mümkün olmur. Qışa qədər gözləmək məcburiyyətindəyik.

Onadək bu heyətlə kifayətlənməliyik. Yeni planlar haqda danışmaq hələ tezdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti