Şikayətçi deyil: “Bu, bəzən alınacaq, bəzən yox” - VİDEO+FOTOREPORTAJ

1 Noyabr 2021 23:00 Qəbələ 587
Şikayətçi deyil: “Bu, bəzən alınacaq, bəzən yox” - VİDEO+FOTOREPORTAJ

“Qəbələ” Azərbaycan Premyer Liqasının IX turunda öz meydanında “Sabah”la qarşılaşıb.

“Qırmızı-qaralar”ın start heyətində ötən turla müqayisədə üç dəyişiklik olub.

Omar Hani, Fernan Lopes və Hüseyn Mürsəlov ilk dəqiqələrdən meydana çıxıb. Bu, sonuncunun əsas komandada debütü olub.

Ötən tur ilk dəqiqələrdən meydanda olan Ülvi İsgəndərov, Məqsəd İsayev və Stefan Vukçeviç kənarda qalıb.

Oyuna “Qəbələ” daha fəal başlayıb. Bir neçə təhlükəli hücum təşkil edən komandamız iki dəfə Fernan Lopeslə qola yaxın olub.

Lakin ispaniyalının zərbələri hesabı açmaq üçün yetərli olmayıb. Rafael Utziqlə Rövlan Muradovun ön xətdəki fəallığı da fayda verməyib.

Oyunda tarazlığı bərpa edən qonaqların da həmlələri təhlükəli alınıb. Müdafiəçilər və qapıçı Nicat Mehbalıyev bir neçə dəfə inamlı oynasalar da, “Sabah” iki dəfə qol sevinci yaşayıb.

Fasilə ərəfəsində İsnik Aliminin iki qüvvətli zərbəsi yaddaqalan olsa da, hesab dəyişməyib.

İkinci yarı da qarşılıqlı hücumlarla keçib. Bakılılar hissənin ortalarında daha bir qol vuraraq fərqi üç topa çatdırıblar. “Qəbələ” penalti zərbəsi ilə bunlardan birinin əvəzini çıxa bilib. İsnik Alimi mövsümdə 4-cü qolunu vurub.

Şimali makedoniyalı cari mövsüm “qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ülvi İsgəndərova çatıb. Bu qoldan sonra da hücumlarını davam etdirən “Qəbələ” fərqi minimuma endirməyə çalışıb.

Amma komandanın cəhdləri faydasız qalıb. Beləliklə, “qırmızı-qaralar” mövsümdə ilk ev məğlubiyyətini “Sabah”la matçda alıb – 1:3.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Bilirdik ki, bizi qarşıda çətin oyun gözləyir. Heyətimizdə itkilər var idi.

İki futbolçu sarı vərəqə limitinə görə matçı buraxırdı. Ona görə heyətdə rotasiya etməyə məcbur idik.

Oyuna gəlincə, qarşılaşmanın ilk yarısında komanda verilən tapşırığı yerinə yetirirdi. Çoxsaylı qol epizodları da yaratdıq. Lakin dəyərləndirməkdə çətinlik çəkdik.

Qapımızda bir az kuryoz qol gördük. Bundan sonra komanda olaraq bir az toparlana bilmədik. Amma ikinci hissədə yenə öz oyun dəst-xəttimizi göstərməyə çalışdıq.

Ümumilikdə isə komandanın oyunundan razıyam. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oyun nümayiş etdirəcəyik. Sırf ikinci yerə çıxmalıyıq kimi anlayış yoxdur.

Qarşıdakı matçı düşünürük. Bilirik ki, mövsüm uzundur. Çalışacağıq ki, yüksək yerlər uğrunda mübarizə aparaq və iddiamızı hər oyunda göstərək.

Bu, bəzən alınacaq, bəzən yox. İnanıram ki, komanda əlindən gələni edəcək ki, daha yüksək pillədə olsun”.

“Qəbələ” – “Sabah” – 1:3

Qəbələ şəhər stadionu, 500 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: Asif Məmmədov, 40 (qeyri-idman hərəkəti) // Aleksey İsayev, fasilədə (hakimin qərarına etiraz); Amin Seydiyev, 58 (qeyri-idman hərəkəti); Fofana Tiemoko, 68 (qeyri-idman hərəkəti); Elvin Camalov, 73 (oyun qaydalarının sistematik şəkildə pozulması)

Rəsmi şəxsə göstərilən sarı vərəqə (“Sabah”): Vitali Kovalyov, 69 (hakimin qərarına etiraz)

Qollar: İsnik Alimi, 69 (p.) // Coy-Lens Mikels, 20; Fofana Tiemoko, 39; Aleksey İsayev, 63

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(14. Ülvi İsgəndərov, 46)

11. Asif Məmmədov (k)

28. Murad Musayev

34. Urfan Abbasov

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

9. Fernan Lopes

(6. Kamal Mirzəyev, 73)

33. Hüseyn Mürsəlov

Ehtiyat oyunçular:

1. Kristof Atanqana

36. Elməddin Sultanov

77. Emil Səfərov

88. Gülağa Əsədov

Baş məşqçi: Elmar Baxşıyev

“Sabah”

1. Səlahət Ağayev (k)

2. Amin Seydiyev

10. Aleksey İsayev

34. Bəxtiyar Həsənalızadə

4. Elvin Camalov

26. Fofana Tiemoko

(21. İldar Alekperov, 78)

3. Zurab Oçiqava

20. Coy-Lens Mikels

(8. Şakir Seyidov, 90+2)

11. Kristian Sebalyos

66. Abdulax Xaibulaev

(17. Xuan Kamara, 76)

33. Camal Cəfərov

Ehtiyat oyunçular:

32. Rustam Samigullin

94. Yusif İmanov

14. Slavik Alxasov

24. Mixeil Erqemlidze

5. Arsen Ağcabəyov

19. Kamran Quliyev

29. Ceyhun Nuriyev

13. Abdulla Rzayev

87. Nazim Həsənzadə

Məşqçi: Rəşad Hüseynov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti