"Bundan sonra toparlana bilmədik" - Elmar Baxşıyev

31 Oktyabr 2021 18:50 Qəbələ 1 075
"Bundan sonra toparlana bilmədik" - Elmar Baxşıyev

"Bilirdik ki, bizi çətin oyun gözləyir. Heyətdə itkilərimiz var idi. İki futbolçumuz sarı vərəqə limitinə görə matçı buraxırdı. Buna görə də heyətdə rotasiya etməyə məcbur idik".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, komandası ilk hissədə verilən tapşırıqları yerinə yetirib: "Çoxsaylıq qol epizodlarımız olsa da, onları dəyərləndirməkdə çətinlik çəkdik. Qapımızda kuryoz qol gördükdən sonra toparlana bilmədik. Buna baxmayaraq, ikinci hissədə də öz oyunumuzu göstərməyə çalışdıq. Ümumi götürsək, komandamın çıxışından razıyam. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oyun sərgiləcəyik".

Baxşıyevin sözlərinə görə, qarşılaşmadan öncə nə onda, nə də komandada 2-ci yerə qalxmaq anlayışı olmayıb: "Sadəcə, qarşıdakı oyunu düşünürük. Mövsüm uzundur. Yuxarı yerlər uğrunda oynayıb iddiamızı göstərmək istəyirik. Hərdən alınacaq, hərdən alınmayacaq. İnanıram ki, komandamız üst pillələrdə olmaq üçün əlindən gələni edəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti