"Öz meydanımızda növbəti möhtəşəm oyun keçirməyə hazırıq"

31 Oktyabr 2021 16:00 Qəbələ 723
"Öz meydanımızda növbəti möhtəşəm oyun keçirməyə hazırıq"

"Qəbələ"nin heyətində ilk qolumu vurduğum üçün çox sevincliyəm".

Bunu Sportinfo.az-a açıqlamasında ötən tur "Keşlə" ilə matçda "Qəbələ"də ilk qolunu vuran Ruan Renato deyib.

Braziliyalı müdafiəçi qollarının davamını gətirməyə çalışacağını sözlərinə əlavə edib:

"Bu qol "Qəbələ"də birinci qolum idi. Ümid edirəm ki, qarşıdakı turlar fürsətlərdən istifadə etməklə komandama qollarla da kömək etmiş olacam".

"Qəbələ" bu gün doğma meydanda "Sabah"ı qəbul edəcək. 27 yaşlı oyunçu həmin matçla bağlı da düşüncələrini bölüşüb:

"Çətin oyun olacağını bilirik. "Sabah" ötən tur yarışda ilk qələbəsini qazandı. Bu onlara böyük inam gətirə bilər.

Amma biz öz meydanımızda növbəti möhtəşəm oyun keçirməyə hazırıq. Ümid edirəm ki, qələbə ilə azarkeşlərimizə sevinc bəxş edəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti