“Qəbələ“ cari mövsüm Premyer Liqada keçirdiyi 8 oyunun yalnız birində məğlub olub ki, üzgünlük “Qarabağ”la oyuna təsadüf edib.
Və ən maraqlısı, bölgə təmsilçisinin “Keşlə” üzərində əldə etdiyi 3:2 hesablı qalibiyyətdən sonra “Zirə”ni 3 xal qabaqlamasıdır.
“Qırmızı-qaralar”ın “19 nömrə”si Rövlan Muradov Sportinfo.az-a açıqlamasnda turnir cədvəlinə önəm vermədən yola davam etdiklərini bildirib:
“Komandada hansısa arxayınlıqdan söhbət gedə bilməz. Çempionatda mübarizə aparan 8 komandanın hər biri digər rəqibi üzərində qalib gəlmək gücündədir.
Ona görə də arxayınlıq yoxdur. Sözün düzü, turnir cədvəlinə elə də önəm vermirəm. Çünki qarşıda 20 oyun var”.

