Almaniyadan qayıdan futbolçudan "Qəbələ"ni sevindirən xəbər gəldi

25 Oktyabr 2021 23:40 Qəbələ 1 000
Almaniyadan qayıdan futbolçudan "Qəbələ"ni sevindirən xəbər gəldi

Almaniyada əməliyyat olunan U-21 yığmasının və "Qəbələ"nin müdafiəçisi Rüfət Əhmədov vətənə qayıdıb.

Uğurlu əməliyyat keçirən futbolçunun son durumu gözləniləndən də yaxşıdır.

Belə ki, daha əvvəl Rüfətin minimum 6 ay yaşıl meydanlardan kənar qalacağı planlaşdırılırdı.

Amma həkimlər bildirib ki, sağalma prosesi belə davam edərsə, hətta bu ilin sonu gənc futbolçu komandasına kömək edə bilər.

Premyer Liqanın ikinci turunda "Keşlə" ilə keçirilən görüşün (2:1 )son dəqiqələrində zədə alan gənc oyunçu AFFA-nın dəstəyi ilə Münhen klinikalarının birində diz bağlarından əməliyyat olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?