"Qəbələ"dən nə xəbər? - AÇIQLAMA

11 Oktyabr 2021 23:00 Qəbələ 567
"Qəbələ"dən nə xəbər? - AÇIQLAMA

"Qəbələ"nin zədəli yarımmüdafiəçisi Yaovi Akakpo hələ də Bakıdadır.

Görəsən, Kiyevdə əməliyyat olunmalı olan toqolu futbolçunun Ukraynaya gedişi niyə ləngiyir?

Bölgə klubunun baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-ın sorğusuna cavab olaraq bunları deyib:

"Akakponun zədəsi elədir ki, ilk iki həftədə əməliyyat olunması lazımdır. Əməliyyat olunacağı yerlə bağlı isə müxtəlif variantlar vardı.

Türkiyə, Ukrayna kimi ölkələrlə danışıqlar aparıldı. Bu proses müddətdində də Akakponun zədələnməsindən iki həftə müddət keçmiş oldu. Belə olan halda zədə olan yerə su yığılır və şişir.

Məcburən növbəti iki həftəni gözləmək lazım gəlir. Gecikmə bununla bağlıdır. Artıq bütün məsələlər həll olunub. Deyilən zaman başa çatdığında futbolçumuz Kiyevdə əməliyyat olunacaq".

21 yaşlı yarımmüdafiəçi "Səbail"ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IV tur oyununda ciddi xəsarət alıb. 50-ci dəqiqədə meydanı xərəkdə tərk edən afrikalı futbolçunu iordaniyalı Omar Hani əvəzləmişdi.

Digər Xəbərlər
Xəbər Lenti