“Qəbələ“dən xəbər gəldi: “Minimum 6 legioner gətirəcəyik“

17 İyun 2021 11:40 Qəbələ 1 283
“Qəbələ“dən xəbər gəldi: “Minimum 6 legioner gətirəcəyik“

“Komandamıza yeni futbolçuların cəlb olunması istiqamətində işlər gedir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

Bilindiyi kimi, əyalət klubunda kütləvi ayrılıq baş verib. Premyer Liqanın yeganə bölgə təmsilçisi rəsmi saytı vasitəsilə 9 futbolçu ilə vidalaşdığını bəyan edib.

Bunlar Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyidir.

Adıçəkilən oyunçuların 2020/21 mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib.

Z.Əzizov gedənlərin yerini klubun akademiyasının yetirmələri və legionerlərlə dolduracaqlarını bildirib: “Akademiyadan çıxan gənclər daim diqqətimizdədir.

Onların bir neçəsi ötən mövsümdən əsas komanda ilə məşqə və oyunllara çıxıb. Gələn mövsüm də belə olacaq. Əlbəttə, legioner də gətirəcəyik. Minimum 6 nəfər.

Maraq dairəmizdə olan legionerlər var. Sadəcə, AFFA-nın klubumuza ayıracağı büdcəni gözləyirik. Hələlik yardım paketinin nə qədər təşkil edəcəyi bilinmir».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"