"Qarabağ"a qarşı əl-qolumuzu yanımıza salmaq fikrimiz yoxdur"

4 Fevral 2021 13:00 Qəbələ 434
"Qarabağ"a qarşı əl-qolumuzu yanımıza salmaq fikrimiz yoxdur"

"Birinci hissə "Qarabağ"a qarşı daha yaxşı mübarizə apardıq. Hətta bəzi epizodlarda rəqibdən daha yaxşıydıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la baş tutan ilk görüşü haqda danışan "Qəbələ"nin qapıçısı Anar Nəzirov deyib.

Kapitan ilk qoldan sonra rəqibə qarşı oyanamağın daha da çətin olduğunu dilə gətirib: "İkinci hissə "Qarabağ" əlinə düşən qol imkanlarından istifadə etməyi bacardı.

Buraxılan qoldan sonra oynamaq bizə çətin oldu. Onsuz da "Qarabağ"a qarşı oynamaq çətindir. Hesabda geri olanda bu daha da çətinləşir. Heyətində yaxşı təcrübəli futbolçular var".

Təcrübəli qapıçı son dəqiqələrdə vurduqların qolun cavab görüşündə yaxşı nəticə üçün onlara ümid verdiyini bildirib:

"Sonda bir qol vura bildik. 3-1 elə hesabdır ki, bu, bizə az da olsa ümid verir. Əl-qolumuzu yanımıza salmaq fikrimiz yoxdur. "Qarabağ"a qarşı sona kimi mübarizəmizi aparacağıq. Cavab görüşündə daha məsuliyyətli olacağıq ki, komandamız mərhələ adlayan tərəf olsun".

Digər Xəbərlər
Xəbər Lenti