"Qarabağ”ın imkan verdiyi qədər oynamaq mümkündür" - FOTOLAR

2 Fevral 2021 10:40 Qəbələ 820
"Qarabağ”ın imkan verdiyi qədər oynamaq mümkündür" - FOTOLAR

Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” ilk oyunlar çərçivəsində səfər matçına çıxıb.

“Qırmızı-qaralar” “Qarabağ”ın qonağı olub. Komandamız Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionundakı görüşə ötən oyunla müqayisədə dörd dəyişikliklə başlayıb.

Anar Nəzirov, Nikolas Raysel, Yurgen Qoxa və Rüfət Əhmədov start “11-liy”inə qayıdıb. Onlar Tərlan Əhmədli, Yusif Nəbiyev, Murad Musayev və Ceyms Adeniyini əvəzləyib.

Görüş qarşılıqlı hücumlarla başlasa da, meydan sahibləri üstünlüyü ələ ala bilib. Ağdam təmsilçisi təşəbbüsə yiyələnərək daha çox hücumlar təşkil edib.

Əsasən əks-hücumlarda fərqlənməyə çalışan “Qəbələ” hissənin ortalarında bir neçə dəfə hesabı açmağa yaxın olub. Nikolas Rayselin sol cinahdan qapı önünə hava ötürməsi təhlükəli alınıb.

Lakin cərimə meydanında olan Rafael Utriqlə Rövlan Muradovdan heç biri topa toxuna bilməyib. Az keçməmiş uzun ötürmədən sonra topa yiyələnən Rövlan Muradov cərimə meydanına daxil olub.

Onun daha əlverişli mövqedə olan Rafael Utriqə ötürməsi isə istənilən kimi alınmayıb. 33-cü dəqiqədə “Qarabağ” penalti şansı qazanıb.

Uroş Matiçin zərbəsini Anar Nəzirov dəf edib. Bu epizoddan sonra təzyiqi daha da artıran ağdamlılar fasiləyədək fərqlənməyə çalışsa da, “qırmızı-qaralar” müdafiədə etibarlı oynayıb.

İkinci hissəyə komandamız daha fəal başlayıb. Rəqib qapıçının çıxışda səhvindən sonra topa yiyələnən Rafael Utriq qapını dəqiq nişan ala bilməyib.

Braziliyalı az sonra daha bir əlverişli imkanı qaçırıb. Ehtiram Şahverdiyevin cərimə meydanı daxilindən qüvvətli zərbəsini isə qolkiper qaytarmağa nail olub.

“Qarabağ” isə qol imkanlarını əldən verməyib. Öncə Ovusu Kvabena hesabı açıb. Oyunda dönüş yaratmağa çalışan “qırmızı-qaralar” üç dəqiqədə daha iki top buraxıb. Mahir Emreli dubla imza atıb.

Fərqi azaltmaq üçün irəli atılan komandamız görüşün sonlarında daha da fəallaşıb. Sol cinahla irəliləyən Nikolas Raysel qapı xəttinin yanından paralel ötürmə verib.

Amma Ceyms Adeniyinin zərbəsi dəqiq olmayıb. Beş dəqiqə sonra Nikolas Rayselin cərimə meydanına ötürməsini Rafael Utriq Ceyms Adeniyinin önünə göndərib.

Hücumçu dəqiq zərbə ilə fərqi iki topa çatdırıb. Uzatma dəqiqələrində Nikolas Rayselin özü irəliləyərək qüvvətli zərbə vursa da, top qapının üstündən keçib.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Kubok qarşılaşmaları iki oyundan ibarətdir. Rəqibin “Qarabağ” olduğunu bilirdik. Bu komandanın səviyyəsi hamıya məlumdur. Bizim də matça uyğun hazırlığımız var idi. Əzmkarlıq hesabına rəqibə müqavimət göstərmək istəyirdik. Bu, müəyyən qədər alındı, amma sonda keyfiyyət sözünü dedi. Ümumi götürəndə rəqiblər arasında fərq böyükdür. Futbolçularımızın mübarizliyindən və göstərdiyi oyuna görə şadam. İnanıram ki, daha yaxşı oynaya biləcək komandamız var. Sərəncamımızda olan bütün futbolçulardan istifadə edirik. Bu gün meydana ən optimal heyət çıxdı. Buraxılan qollarda problem sırf müdafiəçilərə görə deyil. Bütün komanda müdafiə olunmağı bacarmalıdır. Səhvi müdafiəçilərdə görmürəm. Oyuna öz prizmamızdan hazırlaşırıq. Unutmamalıyıq ki, qarşımızda “Qarabağ”dır. Rəqib imkan verdiyi qədər oynamaq mümkündür. Şans həmişə var. Cavab oyununa motivasiyasız çıxmayacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, şansdan istifadə edək”.

“Qarabağ” – “Qəbələ” – 3:1

1 fevral 2021. Saat 18:00. Tofiq Bəhramov adına Respublika Stadionu, tamaşaçısız

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Vüqar Bayramov

Dördüncü hakim: Tural Qurbanov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Sarı vərəqələr: Toral Bayramov, 78 (qeyri-idman hərəkəti) // Stefan Vukçeviç, 31 (qeyri-idman hərəkəti); Yurqen Qoxa, 33 (qeyri-idman hərəkəti)

Qollar: Kvabena Ovusu, 55; Mahir Emreli, 73, 75 // Ceyms Adeniyi, 88

Qolla nəticələnməyən penalti: Uroş Matiç, 33

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Qarabağ”

12. Emil Balayev

2. Qara Qarayev (k)

11. Mahir Emreli

(5. Maksim Medvedev, 80)

30. Abbas Hüseynov

4. Rahil Məmmədov

9. Xayme Romero

7. Kvabena Ovusu

8. Uroş Matiç

(6. Patrik Andrade, 51)

81. Kevin Medina

18. İsmayıl İbrahimli

(10. Abdullah Zubir, 70)

27. Toral Bayramov

Ehtiyat oyunçular:

1. Şahruddin Məhəmmədəliyev

94. Ayhan Arazlı

55. Bədavi Hüseynov

66. Cavid Bayramov

21. Rauf Hüseynli

99. Hüseyn Hüseynzadə

29. Zamiq Əliyev

Baş məşqçi: Qurban Qurbanov

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

(55. İdris İnqilablı, 81)

9. Ehtiram Şahverdiyev

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

(14. Cavid Hüseynov, 71)

2. Vinko Medimoreç

23. Rafael Utriq

10. Rövlan Muradov

(99. Ceyms Adeniyi, 70)

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

74. Yusif Nəbiyev

28. Murad Musayev

70. Ülvi İsgəndərov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda