"Əməkdaşlıqla bağlı biz tərəfdən ilk təklif olacaq"

1 Fevral 2021 22:20 Qəbələ 644
"Əməkdaşlıqla bağlı biz tərəfdən ilk təklif olacaq"

"Belə Futbol Akademiyaları nə qədər çox olsa, bir o qədər yaxşıdır. Rəqabətə davamlı akademiyaların olması bizim akademiyanın inkişafına da müsbət təsir edəcək məqamdır".

Bu sözləri Sportinfo.az-a Tovuz Futbol Akadamiyasına etdikləri ziyarətdən danışarkən "Qəbələ" Futbol Akademiyasının baş meneceri Nail Kərimov deyib.

Akademiya sözçüsü Tovuza belə səfərin öncədən planlandığını bildirib: "Həm yeni təcrübə və nəsə öyrənmək baxımından, həm də xeyirli olsun demək baxımından Tovuza səfər etməyi nəzərdə tutmuşduq.

Ölkə kubokunun belə zamana təsadüf etməsi bir qədər də işimizi rahatlaşdırmış oldu. Hələlik bu səfər ilkin tanışlıq kimi oldu.

Gələcəkdə komandaların gedib-gəlməsi, yoldaşlıq görüşlərinin keçirilməsi, məşqçilərin qarşılıqlı akademiyalarla tanışlığı və birlikdə iş görməsi üçün addımlar atacağıq.

Bildiyimizə görə, hələ koordinator təyin olunmayıb. Əməkdaşlıqla bağlı biz tərəfdən ilk təklif olacaq. İlk addımı atdıq, bundan sonra da olacaq. Qarşı tərəf də müsbət yanaşsa bizim üçün xoş olar".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!