Azərbaycanın 2 klubunda pul qazandı, görün, özünü hara verdi!

30 Yanvar 2021 19:40 Qəbələ 1 286
Azərbaycanın 2 klubunda pul qazandı, görün, özünü hara verdi!

"İnter" (indiki "Keşlə") və "Qəbələ"nin sabiq legioneri Nika Kvekveskiri karyerasını Polşa çempionatında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi "Lex"ə keçib.

29 yaşlı oyunçu ilə bu ilin iyununadək müqavilə imzalanıb. Sözləşmənin müddəti yayda daha 2 il uzadıla bilər.

Gürcüstan millisinin də üzvü olan Nika Kvekveskiri 2015-2016-cı illərdə "İnter"də, 2016-2017-ci illərdə isə "Qəbələ"də çıxış edib. O həmçinin 2019-cu ildə Qazaxıstanın "Tobol" klubunda "Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Emil Balayevin komanda yoldaşı olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"