"Qəbələ"nin satmaq istədiyi hücumçunun aqibəti məlum oldu

28 Yanvar 2021 22:20 Qəbələ 982
"Qəbələ"nin satmaq istədiyi hücumçunun aqibəti məlum oldu

Ceyms Adeniye mövsümün sonunadək Azərbaycanda çıxış edəcək.

Bu barədə Sportinfo.az-a «Qəbələ»nin baş meneceri Zaur Əzizov bildirib.

Onun sözlərinə görə, nigeriyalı hücumçuya gələn təkliflər dayanıb: «Yaxınlaradək ona İsraildən və başqa bir nepçə yerdən dəvətlər var idi. Maliyyə şərtləri və başqa səbəblərdən onun satışı baş tutmadı.

İndi isə yalnız bir neçə ölkədə «transfer pəncərəsi» açıq qalıb. Həmin ölkələrdən də hələlik heç bir təklif yoxdur. Olsa, danışıqlar apararıq.

Bu gedişlə Adeniye yayadək «Qəbələ»də qalacaq. Müqaviləsi də elə o vaxt bitir. Ceymsin satışı alınmadığı üçün maraq dairəmizdə olan legionerlərlə danışıqları da dayandırmışıq.

Kimləri ki gətirmək istəyirdik, onların transferi Adeniye ilə bağlı məsələnin müsbət həll olunmasından asılı idi».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"