"Qələbə qazanmaq üçün ..." - Elmar Baxşıyev

21 Yanvar 2021 19:40 Qəbələ 559
"Qələbə qazanmaq üçün ..." - Elmar Baxşıyev

“Oyun öncədən fikirləşdiyimiz kimi keçdi. Bilirdik ki, “Zirə” əks-hücumlarda güclüdür".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Rəqibin heyətində sürətli və keyfiyyətli futbolçular var. Amma bizim də oyunla bağlı planımız var idi. Bunu – düşünülmüş hücumları meydanda da gördüm. Sadəcə, bu hücumları tamamlamaq çatışmırdı. Bunu hücumun son fazasında bir az diqqətsizlik və ya konsentrasiyanın az olması ilə əlaqələndirərdim. Çoxsaylı epizodları dəyərləndirə bilmədik. Bu qədər epizodu yaradıb, dəyərləndirməyəndə müdafiədə boşluq yaranır. “Zirə” də bu boşluqlardan istifadə etdi və qələbə qazandı".

E.Baxşıyev uduzmasına baxmayaraq, komandaya iradının olmadığını bildirib: "İlk gündən nəticə yox, öncə oyun, sonra nəticə istəmişəm. Komanda da nə istədiyimi bilir. Düşünülmüş hücumlar olmalıdır. Bunu da meydanda görürəm. Getdikcə epizodları daha yaxşı dəyərləndirəcəyimizə inanıram. Futbol adına hər şey etdik. Komandaya iradım yoxdur. Qələbə qazanmaq üçün epizodlardan istifadə etmək lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti