“Qəbələ”dən 2021-ci ildə ilk...

19 Yanvar 2021 11:20 Qəbələ 1 227
“Qəbələ”dən 2021-ci ildə ilk...

Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə bu həftə start veriləcək. “Qəbələ” 2021-ci ildə ilk oyununu “Zirə”yə qarşı keçirəcək.

Sportinfo.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, XIV turun qarşılaşması Bakıda baş tutacaq.

Bu, ilk dövrədə 1:1 hesablı heç-heçə edən rəqiblərin ümumilikdə 23-cü dueli olacaq. İndiyədək komandalar 20 çempionat və 2 kubok matçında üz-üzə gəlib.

Bu qarşılaşmalarda 9 qələbəsi olan “qırmızı-qaralar” eyni sayda heç-heçəyə nail olub və yalnız 4 dəfə uduzub. Rəqib qapısından 32 top keçirən komandamız 19 top buraxıb.

Bu oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 4 qola imza atan Aleksey Qaydır. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez 2 qola sevinib. Ümumilikdə isə komanda ardıcıl 6 matçda meydanı qolsuz, 7 oyunda xalsız tərk etməyib.

Premyer Liqadakı 20 görüşdən yeddisində 3, doqquzunda 1 xal əldə edən “qırmızı-qaralar” 4 dəfə meydandan məğlub ayrılıb. Komanda 25 qol vurduğu matçlarda 17 top buraxıb.

Səfərdə 11 qarşılaşmaya çıxan “Qəbələ” rəqib meydanında 4 dəfə qalib gəlib, 3 dəfə məğlub olubsa, 4 matç sülhlə nəticələnib. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 11-ni buraxıb.

"Zirə” - “Qəbələ” matçı yanvarın 21-də keçiriləcək.

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2

Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26; Ermin Zets, 47, 79

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0

Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61

2017/18 mövsümü

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Cavid Hüseynov, 90+1-p. // Viktor İqbekoyi, 74

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 // Famussa Kone, 72

17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Stiven Monroz, 56; Baqali Dabo, 64 // Aleksandr Dedov, 39

08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Milan Duriç, 53-p. // Stiven Monroz, 78

2018/19 mövsümü

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Miloş Radivoyeviç, 86

02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)

19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71

2019/20 mövsümü

06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65

30.11.2019. Premyer Liqa. Qəbələ – Zirə – 3:0

Rövlan Muradov, 13; Fernan Lopez, 42; Davit Volkov, 70

01.03.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:2

İlkin Muradov, 21 // Fernan Lopez, 79; Rövlan Muradov, 88

2020/21 mövsümü

23.08.2020. Premyer Liqa. Qəbələ – Zirə – 1:1

Asif Məmmədov, 3 // Ağabala Ramazanov, 28

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular