"Onu satmalıyıq ki, komandaya kimisi gətirə bilək"

13 Yanvar 2021 19:00 Qəbələ 822
"Onu satmalıyıq ki, komandaya kimisi gətirə bilək"

«Bizə xeyli sayda legioner təklif olunub».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib.

O, transfer çalışmalarının nəticəsinin Ceyms Adeniyidən asılı olduğunu bildirib. Yəni ki, bölgə klubu maliyyə özdəliklərini yerinə yetirməyə çətinlik çəkdiyi nigeriyalı hücumçusunu sata bilsə, əldə edəcəyi vəsaitlə yeni futbolçular olacaq:

«Təkcə Braziliya və Gürcüstandan yox, İspaniya da daxil olmaqla, dünyanın bir çox ölkəsindən futbolçulara baxırıq. Bəyəndiklərimiz də var.

Sadəcə, Adeniyini satmalıyıq ki, kimisi gətirə bilək. Onun satışı alınmasa, çətin ki, istədiyimiz mövqelərə yeni futbolçular ala bilək. Bu, indiki halda mümkünsüz görünür».

Digər Xəbərlər
Xəbər Lenti