"Qəbələ"dən ayrılan futbolçu özünə klub tapdı

12 Yanvar 2021 23:40 Qəbələ 771
"Qəbələ"dən ayrılan futbolçu özünə klub tapdı

“Qəbələ”nin sabiq legioner İviça Juniçin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ötən ilin yayında “qırmızı-qaralar”dan ayrılan xorvatiyalı müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.

32 yaşlı futbolçu “Rapid”lə 1.5 illik müqavilə imzalayıb. Bu barədə Buxarest təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İviça Juniç 2019-cu ilin avqustundan 2020-ci ilin iyununa qədər “Qəbələ”nin formasını geyinib. O, daha sonra Rumıniyanın CFR (Kluj) klubuna keçsə də, orada çox qalmayıb.

Digər Xəbərlər
Xəbər Lenti