"Qəbələ"nin legioneri Ceyms Adeniyinin "Hapoel"ə (Kiryat-Şmona) keçidi baş tutmayıb.
Sportinfo.az "sport5.co.il" saytına istinadən xəbər verir ki, İsrail təmsilçisi nigeriyalı hücumçunun xidmətindən imtina edib.
Tərəflər bir müddət öncə keçidlə bağlı razılıq əldə etsələr də, artıq danışıqlar prosesi dayandırılıb.
Klub rəhbərliyi koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı səbəbindən qış fasiləsində əcnəbi oyunçu transfer etməməyi qərara alıb.
Adeniyinin özü bir neçə gün öncə "Zirə" və "Keşlə" klublarından da təklif aldığını söyləyib. Onun "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.