Azərbaycan millisinin forvardı Super Liqa klubunda

12 Yanvar 2021 11:00 Qəbələ 1 046
Azərbaycan millisinin forvardı Super Liqa klubunda

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu, hazırda Almaniyada - "Bohum"da çıxış edən Barış Ekincier karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Superliqada mübarizə aparan "Konyaspor" 22 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Gənc oyunçunun yaxın günlərdə Konyaya gələrək, uzunmüddətli müqaviləyə imza atacağı gözlənilir.

Türkiyə və Azərbaycan vətəndaşlığı olan Barış Ekincier peşəkar karyerasında indiyədək 79 oyun keçirib. Ekincier bu matçlarda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan millisinin formasını 12 dəfə geyinən futbolçu 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti