"Qəbələ" satmaq istədiyi hücumçuya görə PROBLEMLƏ ÜZLƏŞDİ

11 Yanvar 2021 13:00 Qəbələ 1 045
"Qəbələ" satmaq istədiyi hücumçuya görə PROBLEMLƏ ÜZLƏŞDİ

"Qəbələ" Ceyms Adeniyini transfer etmək istəyən "Hapoel" (Kiryat-Şimona) ilə danışıqlara ara verib.

Bu barədə Sportinfo.az-a klubun baş meneceri Zaur Əzizov bildirib.

Onun sözlərinə görə, buna səbəb İsraildə sərt karantin rejiminin tətbiq olunmasıdır. Ölkəyə giriş-çıxıış məhdudlaşdırıldığından, nigeriyalı hücumçunun ora yollanması çətinləşib:

"Qarşı tərəflə danışıqlarımız normal gedirdi. Sadəcə, bu məsələyə görə bir qədər gözləməliyik.

Adeniyi hazırda düşərgəmizdədir. Komandamızın digər futbolçuları kimi, o da hər gün məşqə çıxır, öz işini görür.

"Hapoel" bu transferin baş tutmasında maraqlıdır. Görək İsraildə karantinlə bağlı vəziyyət nə qədər belə davam edəcək. Gözləməkdən başqa çarə yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti