“Qəbələ“dən məmnundur, özündən yox: “Danışmağı sevmirəm“

11 Yanvar 2021 11:20 Qəbələ 884
“Qəbələ“dən məmnundur, özündən yox: “Danışmağı sevmirəm“

“Komandamızın mövsümün ilk hissəsindəki çıxışını müsbət qiymətləndirirəm“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qəbələ“nin yarımmüdafiəçisi Merab Qiqauriyə aiddir.

Gürcü legioner Premyer Liqanın ilk 2 dövrəsində 15 xal toplayan və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan komandanın nəticələrinin normal olduğunu bildirib:

“Hesab edirəm ki, daha çox xal toplaya bilərdik. Elə qarşılaşmalar oldu ki, qalib gəlməli idik, amma qismət deyildi. Öz oyunuma gəlincə, bu barədə danışmağı sevmirəm.

Özüm bundan heç vaxt razı qalmıram. Çalışıram ki, özümü meydanda daha çox göstərim. Oyunuma isə kənardan qiymət versinlər”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM