“Qəbələ”nin legioneri söylədi: "Bu, işimizə yarayır"

10 Yanvar 2021 09:20 Qəbələ 593
“Qəbələ”nin legioneri söylədi: "Bu, işimizə yarayır"

“Mövsümün ikinci hissəsinin hazırlıqları tam sürətlə, plan üzrə davam edir. Hava şəraiti də yaxşıdır. Bu da yaxşı məşq keçməyimizə mane olmur”.

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Merab Qiqauri deyib.

Gürcüstanlı futbolçu klubun rəsmi saytına açıqlamasında yanvarın 5-də start götürən təlim-məşq toplanışını dəyərləndirib:

“Bu dəfə ölkə xaricində deyil, Qəbələdə hazırlıq keçirik. Burada hazırlıq üçün hər cür şərait var. Meydançalar da buna uyğundur. Hava da işimizə yarayır.

Budəfəki hazırlıq ölkə xaricindəki toplanışdan yalnız yoxlama oyunlarının sayı ilə fərqlənir. Antalyada başqa komandalarla daha çox görüş keçirmək mümkündür”.

Digər Xəbərlər
Xəbər Lenti