"Qəbələ"nin büdcəsi artacaqmı? - "Gərək, nəsə olsun ki…"

9 Yanvar 2021 12:40 Qəbələ 769
"Qəbələ"nin büdcəsi artacaqmı? - "Gərək, nəsə olsun ki…"

"Qəbələ" qış fasiləsində ən azı 1 yeni transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Fariz Nəcəfov bildirib:

"Baş məşqçi ilə danışmışıq. Bilirsiz ki, Rodriqo Qattas da komandanı tərk edib. Ceyms Adeniyinin gedişindən sonra mütləq şəkildə bir futbolçu götürmək ehtiyacı yaranacaq. Hücumameylli futbolçu axtarırıq".

Nəcəfov komanda avrokuboklara vəsiqə qazanacağı təqdirdə, mümkün büdcə artımının olub-olmayacağı ilə bağlı suala bu cür cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Gərək, nəsə olsun ki, ətraflı danışaq. Hazırda heç bir təklif yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"