Tale Heydərov yazdı: "Qorxulu yuxular, neqativ fikirlər, ümidsizlik..."

7 Yanvar 2021 12:40 Qəbələ 3 972
Tale Heydərov yazdı: "Qorxulu yuxular, neqativ fikirlər, ümidsizlik..."

"Hazırda yüzlərlə qazimiz və mülki əhalimiz döyüş və ya partlayış nəticəsində yaranan psixoloji pozuntulardan əziyyət çəkməkdədir.

Qorxulu yuxular, neqativ fikirlər, aqressiv davranışlar, ümidsizlik, yuxusuzluq, həmin qorxulu anları göz qabağında görən şəxslər...

Bu, müharibədən sonra yarana biləcək qorxulu psixoloji problemdir. Elmi dildə buna "travmasonrası sinir pozğunluğu" deyilir.

Adətən, veteranların 20-30%-i arasında müşahidə olunan bir haldır. Bu şəxslərin ailə üzvləri, yaxınları daima bundan əziyyət çəkənləri nəzarət altında saxlamalı, onları qətiyyən tək buraxmamalıdır".

Sportinfo.az xəbər verir ki, bunu fövqəladə hallar haziri Kamaləddin Heydərovun oğlu, "Qəbələ"nin sahibi və fəxri prezidenti Tale Heydərov "facebook" hesabında yazıb.

O əlavə edib ki, bu tip psixoloji problemləri yaşayan səxslər dərhal 112 qaynar xəttə müraciət etsinlər: "Onlara lazımı kömək göstəriləcək.

Bundan əlavə, onu qeyd edim ki yanvar ayının 20-də qardaş Türkiyədən 15 peşəkar həkim bu halı müalicə etmək üçün ölkəmizə səfər edəcək. Yüzlərlə qazimiz müalicə alacaq və bu çətin durumdan mütləq çıxacaq. Yaxın günlərdə bu haqda daha ətraflı məlumat veriləcək.

Bu haqda elan bütün hazırlıq işləri görüləndən sonra veriləcəkdi, amma bəzi kədərli məlumatlar və qazilərin həyatına artan risklər bunu ən tez bir zamanda, bu şəkildə elan etməyi məcbur etdi.

Hər bir saatın, dəqiqənin öz hökmu var. Bu yöndə həkimlərimiz, psixoloqlarımız və jurnalistlərimiz tərəfindən çox ciddi iş aparmalıdır.

Müharibədən sonra yarana biləcək psixoloji travma, depressiya və digər psixoloji pozuntular müalicə oluna bilən hallardır. Bu çətin halı yaşayanlara səbr diləyirəm və onların tezliklə düzələcəklərinə inanıram".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı