"Özü qalmaq istəyər, sadəcə, büdcəmiz buna imkan vermir"

7 Yanvar 2021 13:40 Qəbələ 1 387
"Özü qalmaq istəyər, sadəcə, büdcəmiz buna imkan vermir"

"Özü də burada qalmaq istəyər, sadəcə, büdcəmiz buna imkan vermir".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Qəbələ"nin prezidenti Fariz Nəcəfova məxsusdur.

Klub rəhbəri nigeriyalı hücumçu Ceyms Adeniyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, afrikalı legionerin komandada qalmasını istədiyini bildirib:

"Ona bəzi təkliflər var. Müzakirələr davam edir. Futbolçunun özü də həmin klublardan birinə getməyi istəməlidir. Hələ ki, gözləyirik".

Klub prezidenti Adeniyi üçün gələn təkliflərin ölkə xaricindən olduğunu söyləyib: "Eşitdiyimizə görə, yerli klublardan da maraqlananlar var. Amma rəsmi təklif yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti