Azərbaycanda çıxış edən hücumçu getməyə yer tapdı

7 Yanvar 2021 09:20 Qəbələ 1 057
Azərbaycanda çıxış edən hücumçu getməyə yer tapdı

"Qəbələ" ilə yollarını ayırmağa hazırlaşan Ceyms Adeniyinin yeni klubu müəyyənləşib.

Sportinfo.az "sport5.co.il" nəşrinə istinadən xəbər verir ki, nigeriyalı hücumçu İsrailin "Hapoel" (Kiryat-Şimona) klubu ilə anlaşıb.

Hazırda klublar arasında keçidin son detalları müzakirə olunur. 29 yaşlı forvardın qısa zamanda İsrailə uçacağı və Kiryat-Şimona təmsilçisinə qoşulacağı bildirilib.

Müqavilənin detalları barədə əlavə məlumat verilməyib.

2019/2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM