"Onun yerinə düşündüyümüz hansısa namizəd yoxdur"

6 Yanvar 2021 22:20 Qəbələ 751
"Onun yerinə düşündüyümüz hansısa namizəd yoxdur"

İlk öncə planımızda hazırlığı Bakıda keçmək istəyirdik.

Amma orda meydança tapmadığımız üçün hazırlığı Qəbələdə keçəsi olduq. Bu səbəbdən "Neftçi" ilə oyun baş tutmadı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəsis artıq yeni rəqibin də məlum olduğunu bildirib. Belə ki, bölgə komandası yanvarın 11-i "Qaradağ Lökbatan"la Qəbələdə yoxlama oyunu oynayacaq.

Baxşıyev yenidən komandadan ayrılması və İsrailə - "Hapoel"ə (Kiryat-Şimona) yollanması gündəmə gələn nigeriyalı hücumçu Ceyms Adeniyinin mövqeyinə əvəzləyici axtarışında olduqlarını deyib:

"Adeniyi ilə bağlı hələ danışıqlar gedir. Buradan ayrılması hələ tam dəqiq deyil. Bu səbəbdən yerinə düşündüyümüz hansısa namizəd yoxdur. Amma baxdığımız oyunçular var. Əgər transfer baş tutsa, bu, əcnəbi futbolçu olacaq".

Digər Xəbərlər
Xəbər Lenti