"Qəbələ": "Mütləq bu transferdən qazancla çıxmağa çalışacağıq"

6 Yanvar 2021 19:00 Qəbələ 1 133
"Qəbələ": "Mütləq bu transferdən qazancla çıxmağa çalışacağıq"

"Ceyms Adeniyinin "Hapoel"ə (Kiryat-Şimona) keçidini yekunlaşdırmağa çalışırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.

Klub rəsmisi nigeriyalı hücumçu ilə danışıqların yekunlaşdığını, sadəcə, "Qəbələ"nin İsrail təmsilçisi ilə bəzi detalları razılaşmasının qaldığını bildirib.

"Qəbələ"nin bu transferdən qazancı olacaqmı? sualını isə Əzizov belə cavablandırıb: "Mütləq şəkildə bu transferdən qazancla çıxmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti