"Qəbələ"nin prezidenti: "Bilirdim ki, yoxluğumu hiss etdirməməyə çalışırlar"

6 Yanvar 2021 15:00 Qəbələ 745
"Qəbələ"nin prezidenti: "Bilirdim ki, yoxluğumu hiss etdirməməyə çalışırlar"

"Komanda son oyunlarda doğrudan da çox yaxşı təsir bağışladı.

İnanmaq istəyirəm ki, qış fasiləsindən sonra da eyni qaydada davam edərik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin prezidenti Fariz Nəcəfov komandanın qış fasiləsinədək olan çıxışı barədə danışarkən deyib.

Funksionerin sözlərinə görə, müharibədə olarkən nadir hallarda komandası ilə maraqlana bilib: "Yalnız telefon işlədə bildiyim nadir hallarda xəbərləri oxuyub məlumat alırdım.

İmkan olanda klubun baş meneceri Zaur Əzizovla əlaqə saxlayırdım. Amma ümumi ab-havadan xəbərim var idi. Bilirdim ki, uşaqlar yoxluğumu hiss etdirməməyə çalışırlar".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!