"Neftçi" və "Şaxtyor"un vermədiyi pulu bu klub ödəməyə hazırdır

6 Yanvar 2021 14:40 Qəbələ 1 191
"Neftçi" və "Şaxtyor"un vermədiyi pulu bu klub ödəməyə hazırdır

"Qəbələ"nin hücumçusu Ceyms Adeniyi karyerasını yenidən İsrail çempionatında davam etdirə bilər.

Bu iddia ilə "sports.walla.co.il" saytı çıxıış edib.

İsrailli həmkarlarıımızın yazdığına görə, nigeriyalı legioner yenidən "Hapoel"in (Kiryat-Şimona) maraq dairəsinə düşüb.

İddiaya görə, tərəflər yeni icarə müqaviləsində razılıq əldə etməyə çox yaxındır. 28 yaşlı forvardın özü də ötən mövsüm çıxış etdiyi komandaya qayıtmağa hazırdır.

Ceyms Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək müqaviləsi var. Əyalət təmsilçisi ondan elə indi yaxa qurtarmağa hazırdır. Çünki maliyyə şərtləri çox ağırdır.

Fərz edin ki, AFFA-nın 1,5 milyon manatlıq yardımına möhtac qalan klub nigeriyalıya hər ay 10 min dolların üstündə məvacib ödəməlidir.

Adeniyi ilə əvvəl "Zirə", daha sonra "Neftçi" yaxından marqlandı. Gəl ki, "Qəbələ" çox güzəştə getmədi: 100 min dollar civarında təzminat istədi.

Bu məbləğ Roman Qriqorçukun çalışdırdığı Soliqorsk "Şaxtyor"undan da tələb oundu. "Hapoel" aşağı-yuxarı həmin məbləği ödəməyə hazırdır.

Zatən İsrail təmsilçisi ilyarım əvvəl də bu qədər vəsait verib, Adeniyini icarəyə götürmüşdü.

"Qəbələ" gözlənilən keçiddən gələcək pulla, heç olmasa, 1 yeni legioner gətirməyi planlaşdırırı. Baş məşqçi Elmar Baxşıyev rəhbərlikdən hücumameylli yarımmüdafiəçi alınmasını xahiş edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!