“Qəbələ”nin “Neftçi” planı baş tutmayacaq

5 Yanvar 2021 14:20 Qəbələ 743
“Qəbələ”nin “Neftçi” planı baş tutmayacaq

“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlıqlarına bu gün start verəcək.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək.

Komandanın 2021-ci ildə ilk məşqi günün ikinci yarısına təsadüf edəcək. Elmar Baxşıyevin kollektivi hazırlıq prosesi çərçivəsində öncədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama görüşü keçirəcək.

Yanvarın 10-na planlaşdırılan “Neftçi” ilə görüş baş tutmayacaq. Ayın 13-dək Qəbələ şəhər stadionunda hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışı Bakıda davam etdirəcək.

Yanvarın 14-də komanda “Sumqayıt”la matçda qüvvəsini sınayacaq. “Qəbələ”nin məşqlərinə U-19 komandasının dörd üzvü də qatılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti