"Qəbələ" problemli "siçan ili"ni necə yola verib? - VİDEO

31 Dekabr 2020 16:20 Qəbələ 631
"Qəbələ" problemli "siçan ili"ni necə yola verib? - VİDEO

2020-ci il son gününü yaşayır.

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin əsas komandası "siçan ili"ndə yalnız Premyer Liqada meydana çıxıb.

Komanda bu müddətdə 19 rəsmi oyun keçirib. Buna koronavirus pandemiyası səbəb olub.

“Qırmızı-qaralar” sona çatdırılmadan yekunlaşan 2019/20 mövsümündə cəmi 6 matça çıxıb, cari çempionatda isə 13 görüşdə qüvvəsini sınayıb. Hər iki mövsümün kubok görüşləri də baş tutmayıb.

“Qəbələ” 2020-ci ildə 5 qələbə qazanıb, 6 heç-heçə edib və 8 dəfə uduzub. Rəqib qapılarından 24 top keçirən “Qəbələ” futbolçuları 31 qol buraxıb. 9 ev oyununda 2 qələbə və eyni sayda məğlubiyyəti olan “qırmızı-qaralar” 5 heç-heçə edib. Top fərqi komandanın xeyrinə olub – 13:11.

Səfərdə daha çox – 10 görüş keçirən “Qəbələ” 3 qələbə və 1 heç-heçəyə imza atıb. 6 məğlubiyyəti olan komanda 11 top vurub və 20-ni buraxıb.

02.02.2020. Qəbələ – Keşlə – 1:2

07.02.2020. Sabah – Qəbələ – 3:2

16.02.2020. Səbail – Qəbələ – 3:1

22.02.2020. Qəbələ – Neftçi – 0:2

01.03.2020. Zirə – Qəbələ – 1:2

07.03.2020. Qəbələ – Sumqayıt – 5:0

23.08.2020. Qəbələ – Zirə – 1:1

13.09.2020. Sabah – Qəbələ – 3:0

19.09.2020. Qəbələ – Keşlə – 0:0

27.09.2020. Neftçi – Qəbələ – 1:1

03.10.2020. Qəbələ – Sumqayıt – 1:1

17.10.2020. Qarabağ – Qəbələ – 3:0

24.10.2020. Qəbələ – Səbail – 1:1

31.10.2020. Qəbələ – Sabah – 2:1

07.11.2020. Keşlə – Qəbələ – 3:1

22.11.2020. Qəbələ – Neftçi – 1:4

30.11.2020. Sumqayıt – Qəbələ – 0:1

20.12.2020. Qəbələ – Qarabağ – 1:1

24.12.2020. Səbail – Qəbələ – 1:3

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti